Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Türkiyədə keçirilən Beynəlxalq Turizm Sərgisində Naxçıvan ayrıca stendlə təmsil olunur – YENİLƏNİB – FOTOLAR

Türkiyədə keçirilən Beynəlxalq Turizm Sərgisində Naxçıvan ayrıca stendlə təmsil olunur – YENİLƏNİB – FOTOLAR

Türkiyə Respublikasının Van şəhərində ənənəvi olaraq keçirilən “10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi”nə start verilib.

16 ölkənin təmsil olunduğu sərgidə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Beynəxalq Diaspor Mərkəzinin və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin dəstəyi ilə bir qrup nümayəndə heyəti təmsil edir. Sərgidə 52 kvadrat metrlik sahədə “Naxçıvan Muxtar Respublikası” stendi qurulub. Stenddə Naxçıvan Muxtar Respublikasında yerləşən tarix-mədəniyyət abidələrinin böyük ölçülü fotoşəkilləri nümayiş etdirilir. Quraşdırılan monitor vasitəsilə Naxçıvan Muxtar Respublikasının turizm potensialı ilə bağlı videoçarxlar sərgi iştirakçılarına nümayiş etdirilir. Həmçinin Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanan Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Ağbulaq Kənd Turizm İstirahət Bölgəsi, Naxçıvan-Gülüstan, Naxçıvan-Duzdağ turist marşrutlarının bukletləri və Naxçıvan Muxtar Respublikasının turist xəritəsi sərgi iştirakçılarına təqdim olunur. Sirab, Badamlı, duz və digər Naxçıvan brendi məhsullar beynəlxalq sərgidə nümayiş etdirilir. Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşları tərəfindən sərgi iştirakçılarına Naxçıvan Muxtar Respublikasının turizm potensialı barədə ingilis və türk dillərində məlumatlar verilir.

29 sentyabr 2019-cu il tarixədək davam edəcək sərgidə “Naxçıvan Muxtar Respublikası” stendinə turistlərin marağı böyükdür.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …