Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Türkiyədə dollar kəskin bahalaşdı, elektrik stansiyaları işini dayandırdı

Türkiyədə dollar kəskin bahalaşdı, elektrik stansiyaları işini dayandırdı

Türkiyədə ABŞ dollarının məzənnəsinin lirəyə nisbətdə son günlər kəskin artmasının nəticəsi olaraq ölkədə azı  elektrik stansiyası işini dayandırıb.

Virtualaz.orgTürkiyə mənbələrinə istinadən xəbər verir ki, bunun səbəbi istehsal edilən elektrik enerjisinin maya dəyərinin kəskin artması və nəticədə elektrik stansiyalarının müflis olması təhlükəsidir. Çünki həmin elektrik stansiyası Rusiya, Azərbaycan və İrandan dollarla idxal edilən təbii qazla çalışır.

Bildirilir ki, işini dayandıran elektrik stansiyalarından bəzilərinin mülkiyyətçisi xarici şirkətlərdir. Piyasaları İşletme Anonim Şirkəti (EPİAŞ) tərəfindən açıqlanan məlumatlara görə stansiyalar işini avqustun 9-dan dayandırıb. Bəziləri isə ötən bazar günündən bəri elektrik enerjisi hasil etmir. Elektrik stansiyaları qarşıdakı günlərdə də işləməyəcək.

İşi dayandıran elektrik stansiyalarından birini işlədən “GAMA Enerji” A.Ş. şirkətinin rəhbəri Tamer Çalışır deyib ki, onların işi dayandırmasının səbəbi “dolların məzənnəsinin kəskin artması və turbinlərdən birində yaranan texniki nasazlıqdır”. Energetika Nazirliyi isə məsələni şərh etməyib.

“Reuters” agentliyi isə bildirir ki, Türkiyənin BOTAŞ şirkəti təbii qazla çalışan elektrik stansiyalarına yardım etmək üçün onlarla qarşılıqlı sövdələşmədə ABŞ dollarının məzənnəsini 6.5 TL səviyyəsində sabitləşdirib. Hazırda dolların məzənnəsi bir qədər geriləyib və 6.4 TL səviyyəsindədir.

BOTAŞ avqustun 1-dən etibarən elektrik stansiyalarına satdığı qazın qiymətinə 49.5 faizlik artım tətbiq edib. Habelə elektrik stansiyalarının aldıqları təbii qazın dəyərini dollarla ödəməli olduğuna qərar verilib.Nəticədə dolların məzənnəsinin sonrakı günlərdə kəskin artması elektrik stansiyalarının işini çətinləşdirib, hasil edilən elektrik enerjisinin maya dəyəri kəskin artmış olub.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …