Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Türkiyədə də məktəblər bağlandı

Türkiyədə də məktəblər bağlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bütün nazirlərin iştirakı ilə koronavirus təhlükəsi ilə bağlı iclas keçirilib.

“ Azinforum.az ” “Hürriyet”ə istinadən xəbər verir ki, 5 saat davam edən iclasdan sonra bir sıra qərarlar qəbul edilib.

Belə ki, martın 16-dan etibarən Türkiyədə təhsil müəssisələrində tədris dayandırılacaq. Tətil müddəti bağçalarda və məktəblərdə 1 həftə, universitetlərdə 3 həftə olacaq. Martın 23-dən etibarən isə distant təhsil modelinə keçiləcək.

İdman yarışları isə aprelin sonunadək azarkeşlər olmadan keçiriləcək.

Fövqəladə hal olmadığı təqdirdə, dövlət məmurlarının xarici ölkələrə səyahətinə xüsusi icazə tələb olunacaq.

Bundan başqa, vətəndaşlara da xarici səyahətlərini təxirə salmaq tövsiyə olunub.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …