Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Türkiyə XİN: ABŞ Şərqi Aralıq dənizi bölgəsində gərginliyi artırır

Türkiyə XİN: ABŞ Şərqi Aralıq dənizi bölgəsində gərginliyi artırır

“ABŞ-la Kipr Respublikası arasında imzalanmış memorandum Şərqi Aralıq dənizi bölgəsində sülhə və sabitliyə xidmət etməyəcək”.

APA xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoyun sözügedən sənədə münasibətində bildirilir.

H.Aksoyun sözlərinə görə, ABŞ-ın bölgədəki son qərarı burada gərginliyi artırır. Bundan başqa, razılaşma “Kipr məsələsi”nin həllini poza bilər.

Türkiyəli diplomat onu da əlavə edib ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo Kipr Respublikasına səfəri zamanı türk cəmiyyətinin nümayəndələri ilə görüşməyib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …