Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Türkiyə və Almaniya XİN rəhbərlərinin gizli görüşüb

Türkiyə və Almaniya XİN rəhbərlərinin gizli görüşüb

AFR-ın xarici işlər naziri Ziqmar Qabriyel Antalyada türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Bu barədə 4 noyabrda Almaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Biz ikitərəfli münasibətləri, o cümlədən mürəkkəb mövzuları, həmçinin hər iki tərəfin gözləntilərini müzakirə etmək üçün qeyri-formal şəraitdə görüşdük”, – deyə xəbərdə Qabriyelin sözləri sitat gətirilib.

Xatırladaq ki, İstanbulda istintaq təcridxanasında olan hüquq müdafiəçisi Piter Ştoydtner ötən həftədə buraxılmışdı. Sonra məlum oldu ki, bu məsələdə vasitəçi kimi AFR-in sabiq kansleri Herxard Şröder çıxış edib. (Virtualaz.org)

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …