Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / “Türkiyə Ukraynada atəşkəsin əldə ediləcəyinə ümid edir”- Akar

“Türkiyə Ukraynada atəşkəsin əldə ediləcəyinə ümid edir”- Akar

“Türkiyə Ukraynada tezliklə atəşkəsin, sülh haqqında razılığın əldə edilməsinin və dinc əhalinin döyüş bölgələrindən təhlükəsiz təxliyyəsinin təmin edilməsinin tərəfdarıdır.” 

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.Nazir qeyd edib ki, Türkiyə hakimiyyəti, o cümlədən şəxsən Prezident Rəcəb Tayyib Ərdoğan Ukraynada hərbi əməliyyatların tez bir zamanda dayandırılması üçün hər cür səy göstərir.

Onun sözlərinə görə, Ankara bölgədəki bütün fikir ayrılıqlarının beynəlxalq hüquq çərçivəsində, dinc dialoq yolu ilə həllinin tərəfdarıdır. “Türkiyə ümid edir ki, qonşu dövlətlər regionda gərginliyi artırmağa yönəlmiş addımlardan imtina edəcəklər. İkitərəfli münasibətlərdə çıxılmaz vəziyyətə yol verilməməlidir”, – deyə H.Akar bildirib.

Həmçinin oxuyun

Vladimir Kazimirov öldü

Tanınmış rusiyalı diplomat, ATƏT-in Minsk qrupunun Rusiyadan olan ilk həmsədri Vladimir Kazimirov 95 yaşında ölüb …