Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / “Türkiyə terrorçuları tamamilə məhv edəcək” – Ərdoğandan növbəti xəbərdarlıq

“Türkiyə terrorçuları tamamilə məhv edəcək” – Ərdoğandan növbəti xəbərdarlıq

“Başqa ölkələrin “Zeytun budağı” əməliyyatı ilə bağlı fikirləri Türkiyəni maraqlandırmır”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatlarda həlak olan türk hərbçinin dəfn mərasimində deyib.
Dövlət başçısı bildirib ki, Türkiyə PYD və YPG terrorçularına qarşı yönələn “Zeytun budağı” əməliyyatının uğurlu olacağına inanır.
R.T.Ərdoğanın sözlərinə görə, “hər kəs bilməlidir ki, Ankara öz sərhədlərindəki terrorçuları tamamilə məhv edəcək”.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub/Trend.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …