Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Türkiyə televiziya dramlarının möhtəşəm onilliyi sonamı çatır?

Türkiyə televiziya dramlarının möhtəşəm onilliyi sonamı çatır?

Türk tamaşaçısı dramları sevir, odur ki, insanların hər gün televizor qarşısında orta hesabla 4 saat keçirdiyi ökədə teleserialların böyük bir biznesə çevrilməsi təəccüb doğurmur.

Ölkə hüdudlarında aşırı populyarlıq qazanmış türk teleserialları, demək olarki, dünyanın hər bir güşəsində də səbirsizliklə gözlənilir.

Dünyanın 140 ölkəsində Türkiyə televiziya dramlarına baxan auditoriya 400 milyon rəqəmini aşır.

Türkiyə hazırda dünyada ABŞ-dan sonra teleserial ixrac edən ikinci ölkədir, bu ixracatın gətirdiyi qazanc isə ildən ilə artır.

Həmin serialların Yaxın Şərqdən tutmuş Balkanlaradək, Şərqi Avropadan Latın Amerikasınadək uğur qazanması bu məkanda Türkiyənin yumşaq gücünün artmasına bir işarə kimi də qəbul olunur.

Vatanım Sensin“Vatanım Sensin” serialı da Ərəb dünyasında yayımdan qaldırılmış seriallardan biri olub

Suriyaya hərbi müdaxilə etmiş və bir sıra ölkələrlə diplomatik münasibətlərini gərginləşdirmiş Türkiyə hazırda getdikcə daha çox sərt gücdən istifadə edir. Odur ki, əvvəllər yalnız əyləncə kimi görünən teleserialların təbliğat funksiyasını da yerinə yetirə bilməsi indi maraq doğurmaqdadır.

Bu yaxınlarda, Dubayda mənzillənən Yaxın Şərq peyk televiziyası olan Yaxın Şərq Yayım Mərkəzinin (MBC), populyarlığı ilə seçilən türk teleseriallarının nümayişini dayandırmaq qərarı Türkiyə üçün gözlənilməz olmaqla yanaşı həm də burada narazılıqla qarşılanıb.

Türkiyənin Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş həmin qərarı “siyasi motivli” və “gerçək senzura” adlandırıb.

Songul OdenTürk seriallarının qəhrəmanları Cənubi Amerikada çox məşhurdurlar

MBC bu qərarın nə səbəbdən verildiyini və onun arxasında kimlərin durduğuna dair heç bir şərh verməyib.

Bəzi qaynaqlar göstərişin Səudiyyə Ərəbistanından və ya daha dəqiq deyilsə, vəliəhd Məhəmməd bin Salmandan gəldiyini deyir.

Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında münasibətlər son aylarda gərginləşib.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir Qətərə qarşı blokada elan edərək bu ölkə ilə münasibətləri kəsəndə, Türkiyə Qətərə arxa oldu.

Suriyada da Türkiyənin yürütdüyü siyasi xətt Səudiyyə və onun yaxın müttəfiqlərinin mövqeyilə ziddiyyət təşkil etməkdədir.

ÇəkilişDünyanın 140 ölkəsində Türkiyə teleseriallarına baxan auditoriya 400 milyon rəqəmini aşır

Türkiyə rəsmiləri bildirir ki, yüksək reytinqli teleserialları qadağan etmək barədə MBC-nin qərarı əlahiddə atılan bir addımdır və geniş Ərəb dünyasının qalan televiziya şəbəkələrinə heç bir aidiyyatı yoxdur.

Sosial mediada Ərəb ölkələrindən olan bir neçə istifadəçi bu qadağaya etiraz bildirib, lakin digərləri bu addımı alqışlayaraq qeyd ediblər ki, Türkiyə həmin populyar proqramlardan öz imperiya iddialarını və millətçiliyini yaymaq üçün bir vasitə kimi istifadə edir.

İraq Kürdüstanı regionunda da Kürdsat Yayım Şirkəti, Türkiyənin Suriyanın şimalında kürdlərə qarşı hərbi əməliyyat keçirdiyinə görə türk seriallarının yayımlanmasına son verildiyini bəyan edib.

A billboard in the Chilean capital Santiago for Turkish soap opera El SultanÇilidəki nəhəng lövhədə türk TV serialının reklamı

Yaxın Şərqdən başqa, vaxtı ilə Osmanlı İmperiyası tərəfindən idarə olunmuş Balkanlarda da tarixi hadisələrdən bəhs edən türk seriallarının aşıladığı baxışlar birmənalı qarşılanmır.

Yaxın Şərq və keçmişdə Osmanlı İmperiyası tərkibində olmuş ölkələrdə türk teleseriallarının həmin ölkələrin dini, mədəni və tarixi dəyərlərinə nə dərəcədə uyğun gəldiyi mövzusunda debatlar getdiyi bir halda, buradan minlərlə kilometr aralıda, Cənubi Amerika ölkələrində elə həmin türk seriallarının tamaşaçı auditoriyası artmaqda davam edir.

İspan və portuqal dillərində dublyaj olunan türk teleserialları Latın Amerikasında ən çox baxılan proqramlar sırasındadır.

Görünür, müsəlman ölkələrindəki auditoriyadan fərqli olaraq, Cənubi Amerikada tamaşaçılar həmin seriallarda sərgilənən mədəniyyətdə tanış cizgilər sezməklə yanaşı, həm də bu filmlərin böyük ustalıqla çəkilməsinə, xırdalığına qədər düşünülmüş dekorasiyalara, türk televiziya dramlarındakı ifaçı aktyorların yaraşığına da layiqli qiymət verməkdədirlər.(BBC)

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …