Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Türkiyə “S-400”-dən imtina edə bilərmi?

Türkiyə “S-400”-dən imtina edə bilərmi?

ABŞ-ın Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemi alması ilə bağlı narahatlığı hələ də davam edir.

Cebhe.info-nun xarici mətbuata istinadən xəbərinə görə, bu dəfə məsələyə ABŞ dövlət katibi Antoni Blinken münasibət bildirib.

Türkiyənin “S-400” almasından narahatlıqlarını yenidən dilə gətirən Blinken, iki dövlət arasında bu və buna bənzər məsələlərin olduğunu söyləyib, mübahisənin ancaq dialoq yolu ilə həll ediləcəyinə inandıqlarını söyləyib.

Brüsseldə keçirilən danışıqların ABŞ, Avropa Birliyi (AB) və müttəfiqlər arasında NATO çərçivəsində iş birliyinin gücləndirilməsi baxımından məhsuldar olduğunu deyən Blinken həm tərəfdaşlıq məsələlərinin, həm də bəzi fikir ayrılıqlarının açıq şəkildə müzakirə edildiyini bildirib.

Yunanıstan ilə Türkiyə arasında Aralıq dənizinin Şərqində baş verən prosesləri qiymətləndirən dövlət katibi, bölgədə son illərdəki gərginliyin yavaşca azaldığını və hər iki ölkənin də təxribatdan uzaq olduğunu deyib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …