Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Türkiyə parlamentində əlbəyaxa dava – Video

Türkiyə parlamentində əlbəyaxa dava – Video

Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclası zamanı AKP və CHP millət vəkilləri arasında dava düşüb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, davaya İdliblə bağlı qətnamənin danışıqları zamanı CHP-li Engin Özkoçun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əleyhinə ifadələr işlətməsi səbəb olub. Partiyaların təmsilçiləri bir-biri ilə əvvəlcə söz davasına çıxsalar da, daha sonra bu gərginlik yumruq davasına çevrilib.

TBMM-nin iclası bu səbəbdən yarımçıq dayandırılıb.

Ankara Baş Prokurorluğu CHP Qrup sədr müavini Engin Özkoç haqqında “Prezidentə təhqir” maddəsi üzrə cinayət işi açıb.  

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …