Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Türkiyə ordusu PKK-ya qarşı irimiqyaslı əməliyyata başladı – FOTO

Türkiyə ordusu PKK-ya qarşı irimiqyaslı əməliyyata başladı – FOTO

Türkiyənin Hərbi Hava Qüvvələri terrorçuluğa qarşı yeni “Qartal caynağı” əməliyyatı çərçivəsində İraqın şimalında PKK-nın mövqelərinə zərbələr endirməyə başlayıb.
“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi özünün “Twitter”dəki səhifəsində bildirib.
“Qartal caynağı” əməliyyatı başlandı”, – nazirliyin xəbərində deyilir. Türkiyənin müdafiə qurumu bildirib ki, hərbi təyyarələr PKK-çıların gizləndiyi bazalara atəş açır. 
Qeyd edilir ki, İraqın şimalındakı Avaşin, Basyan, Hakurk, Sincar, Qəndil, Zap bölgələrində yerləşən terror obyektlərinə qarşı hərbi hava əməliyyatı təşkil olunub.
Nazirliyin açıqlamasında PKK terror qruplaşmasının son vaxtlar Türkiyəyə hücum təşəbbüslərinin artdığı vurğulanır. 

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …