Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Türkiyə ordusu 11 kəndi terrorçulardan azad edib

Türkiyə ordusu 11 kəndi terrorçulardan azad edib

Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmasına qarşı başlatdığı “Barış pınarı” əməliyyatı uğurla davam edir.

Türkiyə mətbuatı xəbər verir ki, bu gün terrorçulara məxsus düşərgələrə sarsıdıcı zərbələr endirilib, azı 109 yaraqlı zərərsizləşdirilib.Son məlumatlara görə, antiterror əməliyyatları nəticəsində Suriyanın Tel Abyad və Rasulayn şəhərlərinin 11 kəndi terrorçulardan azad edilib. Hazırda digər kəndlərin terrorçulardan təmizlənməsi istiqamətində əməliyyatlar aparılır.

Türkiyə Silahlı Qüvvələri tərəfindən sərhəd ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Azvision.az

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …