Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Türkiyə mafiyasının tanınmış lideri seçki ilə bağlı tərəfdarlarına çağırış etdi:”Mütləq silah alın, hazırlıqlı olun”

Türkiyə mafiyasının tanınmış lideri seçki ilə bağlı tərəfdarlarına çağırış etdi:”Mütləq silah alın, hazırlıqlı olun”

Türkiyədə tanınmış mafiya liderlərindən olan Sedat Peker İstanbulda açılışına qatıldığı restoranda qalmaqallı çıxış edib.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, o, mart ayında keçiriləcək bələdiyyə seçkilərindən danışıb və iqtidar əleyhdarlarına qarşı silahlı mübarizə aparacaqlarını bəyan edib:

“Həm imperialist güclər, həm də onların ölkəmizdəki uşaqları indidən seçkilərlə bağlı Yüksək Seçki Qurulunu (MSK) tanımadıqlarını söyləyirlər. Onlar seçkinin nəticələrinə görə insanları, partiya üzvlərini küçələrə tökəcəklər. Bununla terror qruplaşmasının üzvləri o insanların içinə qarışıb, ölkəni yıxıb, yandırmağı hədəfləyirlər. Polisimiz, əsgərimiz güclüdür, buna imkan verməz. Ancaq Allaha and olsun, bu ölkənin övladları küçələri qarış-qarış qoruyacaq. Qardaşlarım bu ölkənn bir qarışını onlara verməyəcək”.

Daha sonra Sedet Peker tərəfdarlarına çağırış edib. Deyib ki, təcili silahlanmaq lazımdır:

“Silah yaxşı insanların əlində olan zaman bir sığortadır, güvəncdir. Bu səbəblə qanuni silahlar alın, mütləq ov tüfəngləri alın. Mütləq hazırlıqlı olun. Biz pisə hazır olmalıyıq. Biz bu vətəninin dəliləriyik”.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …