Ana səhifə / Dünya / Türkiyə İraq Kürdüstanını referendumun nəticələrini ləğv etməyə çağırdı

Türkiyə İraq Kürdüstanını referendumun nəticələrini ləğv etməyə çağırdı

İraqın kürd muxtariyyətində müstəqillik barədə referendumun nəticələrinin dondurulması önəmli addım olsa da, yetərsizdir, onu ləğv etmək lazımdır.

“Anadolu” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

“Məsud Barzanı (Şimali İraq lideri) geriyə addım atıb. Lakin referendumun nəticələrinin dondurulması yetərsizdir, onu tamamilə ləğv etmək vacibdir. Biz Barzaniyə belə məsuliyyətsiz hərəkətin nəyə gətirib çıxaracağını dostcasına demişdik. İndi isə bəzi tədbirlərə əl atmağa məcburuq. Sərhəddəki buraxılış məntəqələrində nəzarətin ələ alınması üçün İraq hökuməti ilə razılığa gəlmişik. Hazırda onlar bu işlə məşğuldurlar”, – deyə Çavuşoğlu əlavə edib.

Sərhəd nəzarətində Türkiyənin tərəfdaşının mərkəzi hökumət olduğunu deyən Çavuşoğlu mübahisəli Kərkük bölgəsindəki neft yataqlarının da Bağdadın idarəsinə keçdiyini, onların nefti Türkiyə üzərindən dünyaya ixrac etmək istədiklərini və bu sahədə əməkdaşlığı artacağını vurğulayıb.

Xatırladaq ki, oktyabrın 25-də İraq Kürdüstanının regional hökuməti böhranın həlli üçün Bağdada dialoq təklif edərək referendumun nəticələrini və regionun müstəqilliyinin elan olunması prosesini dondurmağa hazır olduqlarını bildirib. İraqın Baş naziri Heydər əl-Abadi isə buna cavab olaraq ölkəsinin yalnız referendumun nəticələrinin tam ləğvi ilə razılaşacağını qeyd edib.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …