Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Türkiyə Aİ-yə qoşulmaq şansını itirdi

Türkiyə Aİ-yə qoşulmaq şansını itirdi

Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üçün Ankara ilə aparılan danışıqlar dalana dirənib.

Bu barədə Avropa İttifaqı Şurasının genişlənmə məsələsinə dair təqdim etdiyi qətnamə layihəsində deyilir.
“Türkiyə Aİ-dan getdikcə daha çox uzaqlaşır. Ona görə də, Türkiyənin Aİ-na daxil olması üçün aparılan danışıqlar faktiki surətdə dalan dirənib. Bununla əlaqədar olaraq, hazırda Aİ ilə Türkiyə arasında Gömrük İttifaqının modernləşdirilməsi üzrə heç bir işin davam etdirilməsi nəzərdə tutulmur”, – deyə sənəddə bildirilib.

Həmçinin, ölkədəki hüquq və azadlıqların müxtəlif sahələrində müşahidə olunan neqativ tendensiyalardan geri dönməyə dair Türkiyə hökumətinə çağırış edilib.

Qeyd edək ki, Avropa İttifaqı Komissiyasının apreldə dərc etdiyi hesabatda qurumun əsas dəyərlərini pozduğuna görə, Türkiyənin İttifaqa qoşulması prosesinin geriyə doğru getdiyi bidirilmişdi. (AzVision.az)

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …