Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Türkiyə ABŞ-a qarşı: İranla əməkdaşlıq edəcək

Türkiyə ABŞ-a qarşı: İranla əməkdaşlıq edəcək

İrana qarşı ABŞ sanksiyalarının bərpa olunmasına baxmayaraq, Türkiyə İran İslam Respublikası ilə əməkdaşlığını davam etdirəcək.AzVision.az xəbər verir ki, bunu “A Haber” telekanalına müsahibəsində Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Denmez deyib.
Onun sözlərinə görə, rəsmi Ankara Tehrandan təbii qaz alışını bundan sonra da davam etdirəcək. Çünki bu barədə iki ölkə arasında müqavilə imzalanıb və onun müddəti 2026-ci ildə başa çatacaq.

“Müqaviləyə əsasən Türkiyə hər il İrandan 9,5 milyard kubmetr qaz almalıdır. Ölkə rəhbərliyi vətəndaşlarını soyuqda və elektriksiz qoymaq niyyətində deyil. Müqavilənin icra olunması davam etdiriləcək.” – deyə, Denmez vurğulayıb.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …