Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Dünya / Türkiyəyə gedən turistlərdən vergi tutulacaq

Türkiyəyə gedən turistlərdən vergi tutulacaq

Gələn ildən etibarən Türkiyəyə gələn xarici turistlərdən adambaşına 1,5 avro vergi tutulacaq. Türkiyə mətbuatı xəbər verir ki, əvvəlcə bu verginin 3 avro olması nəzərdə tutulsa da, sonradan bu məbləğ endirilib. 

TÜRSAB ( Türkiyə Agentliklər Birliyi)  beynəlxalq sərnişinlərdən alınacaq 3 avroluq təhlükəsizlik vergisinin 1,5 avroya endiriləcəyini açıqlayıb.

TÜRSAB’dən edilən şərhdə, Dövlət Hava Meydanları Ümumi Əməliyyatlar İdarəsi-nə görə, beynəlxalq sərnişinlərədən  1 Yanvar 2019-dan etibarən sərnişin başına 3 avro təhlükəsizlik ödənişi alınacağının açıqladığını xatırladaraq,təhlükəsizlik vergisinin endirilməsi üçün Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoyun müdaxilə etdiyi , Nəqliyyat və İnfrastruktur Nazirliyi-dən  gələn tələbə görə təhlükəsizlik vergisinin  1,5 avroya qədər azaldıldığı qeyd edildi.

Şərhdə, TÜRSAB Sədri Firuz Bağlıkaya’nın iştirak etdiyi bir televiziya kanalında, “Beynəlxalq mənada bizim rəqabət etdiyimiz ölkələrlə ən əhəmiyyətli avantajlarımızdan biri keyfiyyət-qiymət tarazlığıdır. Oktyabr ayından etibarən 3 aydır xaricdə 2019-ci ilin paketləri satılır. Milyonlarla sərnişinə əlavə vergi hesablanmadan  paketlər satıldı. Hər bir adam başına  3 avro önəmsiz rəqəm kimi görünə bilər, lakin 1 milyon,  2 milyon turist gətirən operatorlar üçün ciddi bir maliyyə yükü gətirəcək. ” sözlərinə yer verdiyini xatırlatdı.

Mədəniyyət və Turizm Naziri Ərsoyun, turizmə mənfi təsir edə biləcək bu vəziyyəti Nəqliyyat və İnfrastruktur naziri Cahit Turana çatdırdığı köçürülən şərhdə, bu ifadələrə yer verildi:

Müsahibənin sonunda, 3 avro olan təhlükəsizlik vergisini 1,5 avroya endirilməsinə qərar verildi. Turizm agentliklərinin tələblərinə sürətli həll ilə təmin edən  Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy-a, Nəqliyyat və İnfrastruktur Naziri  Cahit Turan-a verdikləri dəstək üçün təşşəkkür etməyi borc bilirik. TÜRSAB, 2019-cu ildə ölkəmizə daha çox xarici turistin gətirməlisinə  çalışamağa davam edəcəyik.” (fed.az)

Həmçinin oxuyun

Paşinyan ombudsmanı istefaya göndərmək istəyir

Ermənistanın hakim “Mənim addımım” fraksiyası ombudsman Arman Tatoyanın istefasını istəyir. Bu barədə “Joxovurd” yazıb. “Söhbət …