Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Dünya / Türkiyəyə F-35 satışının dayandırılması hansı nəticələrə səbəb olacaq?

Türkiyəyə F-35 satışının dayandırılması hansı nəticələrə səbəb olacaq?

May ayında ABŞ Senatının müdafiə xərclərinə etdiyi düzəlişlə Türkiyə ilə F-35 qırıcıları proqramı dayandırıldı və Senat S-400 müdafiə sistemlərini də istifadə edən Türkiyənin F-35-lərlə bağlı həssas məlumatları Rusiyaya sızdırmaq ehtimalı olduğunu bildirdi. Bəs qırıcıların Türkiyəyə satışının dayandırılması ABŞ üçün hansı nəticələrə gətirib çıxaracaq?
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Yaşar Yakış məlumat verib.

Onun sözlərinə görə Türkiyəyə F-35 satışının dayandırılmasının ABŞ üçün 2 mənfi nəticəsi ola bilər.

“Birincisi, bu, iş yerlərinin itirilməsinə gətirib çıxaracaq. İkincisi isə F-35-lərin bəzi hissələri Türkiyədəki HAVELSAN, ASELSAN, “Ayesaş” və “Alp Aviation” şirkətlərində istehsal olunurdu ki, proqramın dayandırılması ilə bu təchizatçılar komponentlərin istehsalını gecikdirə bilər”, – deyə o qeyd edib.

Həmçinin oxuyun

Paşinyan ombudsmanı istefaya göndərmək istəyir

Ermənistanın hakim “Mənim addımım” fraksiyası ombudsman Arman Tatoyanın istefasını istəyir. Bu barədə “Joxovurd” yazıb. “Söhbət …