Bazar , Noyabr 29 2020
Ana səhifə / Dünya / “Türkiyəyə düşmənçik edənləri əzib keçərik” –Ərdoğan

“Türkiyəyə düşmənçik edənləri əzib keçərik” –Ərdoğan

Türkiyə prezidenti Ərdoğan lideri olduğu AKP-nin Ankara toplantısında terror qruplaşmalarına qarşı aparılan mübarizə haqda çıxış edib, dünyaya yeni mesajlar verib.

“İŞİD-lə savaşı qazanan tək ölkə Türkiyədir” deyən Ərdoğanın sözlərinə görə, hazırda  PKK da, İŞİD də, PYD-də dəfn edilir: “Biz bu savaşa başlayanda nə dedik? Dedik ki, bunları qazdıqlarə çuxurlara basdıracağıq. Basdırdıqmı, basdırdıq. Basdırmağa da davam edəcəyik. Bu terrorçular ya onlar əl uzadanların yanına qaçıb gedəcək, ya da əllərində olan silahları buraxıb, üstlərini də betonlayacaqlar”.

Ərdoğan deyib ki, Türkiyəyə dostluq göstərənlərə ürəkləri də, qolları da açıqdır: “Ancaq bizə düşmənçik göstərənlərin kimliyinə baxmadan Allahın yardımı, millətimizin cəsarəti, dostlarımızın duası ilə əzib keçərik. Bunun heç bir zarafatı yoxdur”.

ABŞ-n sabiq prezidenti Obamanın dövründə də dəfələrlə aldadıqlarını təkrar edən Ərdoğan ABŞ-a dolayı mesaj da verib: “Kim nə deyirsə, desin. Heç bu qarmaqarışıq fikir söyləyənlərə də baxmayın. Bəziləri durub deyir ki, “Türkiyənin diplomatik fəaliyyəti məhdudlaşdırıldı”. Yoxdur, belə şey. Tam əksinə, əgər masada ölkəmiz yoxsa, bölgəmizlə bağlı heç bir məsələdə qərar verilməsi mümkün deyil”.Mia.az

Həmçinin oxuyun

Putin Təhlükəsizlik Şurasını yenə topladı

Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlılq Qarabağdakı …