Ana səhifə / Dünya / Türkiyəli müğənni ağ qoyunla qara qoyuna toy elədi – FOTOLAR

Türkiyəli müğənni ağ qoyunla qara qoyuna toy elədi – FOTOLAR

Türkiyədə qeyri-adi toy keçirilib.

Musavat.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, qeyri-adi klipləri ilə diqqət çəkən türküçü Aydın Aydın Həkkaridə maraqlı layihəyə imza atıb. Belə ki, türküçü heyvan haqlarına diqqət çəkmək üçün ağ qoyun və qara qoyun üçün toy edib. Özü isə smokin geyinib sürünün arasında davul çalıb. Qoyunların toyunda “bəy” və “gəlin”ə qızıl taxma mərasimi də təşkil edilib.

“Bəy”lə “gəlin” mərasimə gəldiyi an xına musiqisi çalınıb və ağ qoyuna xına yaxıldıqdan sonra davul-zurna çalınıb, halay çəkilib.

 

Həmçinin oxuyun

MHP sədri:“Kürd xalqı üzərindən oyun oynayırlar”

MHP sədri Dövlət Baxçalı HDP ilə bağlı MHP-çilərə bəzi təlimatlar verib. Bu iddia ilə Türkiyənin …