Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Türkiyədən İraqa türkmən şərti: “Bu, sizin borcunuzdur…”

Türkiyədən İraqa türkmən şərti: “Bu, sizin borcunuzdur…”

Orada türkmənlər, ərəblər, kürdlər yaşayır. İraq hökuməti tarixi keçmişi olan demoqrafik nizamı, mədəniyyəti və mirası qorumağa və yaşatmağa borcludur.

Bu fikirləri Türkiyə Baş nazirinin köməkçisi Bəkir Bozdağ deyib.

Onun sözlərinə görə, yeni mərhələdə türkmənlərin hüququnu qorumaq İraq hökumətinin başlıca vəzifəsidir: “Türkmənlərə zərər verən bir vəziyyət ortaya çıxarsa, Türkiyə dövlətinin narahat olacağını hər kəs bilməlidir”.

Bəkir Bozdağ əlavə edib ki, İraqda baş verən prosesləri Türkiyə yaxından izləyir.

Şimali İraq Kürd Muxtariyyətinə dəfələrlə xəbərdarlıq etdiklərini xatırladan baş nazirin köməkçisi deyib ki, regionda sabitliyin və sülhün pozulmasını heç vaxt arzu etməyiblər.

Kərkükün İraq hökumətinin nəzarəti altında olduğunu xatırladan Bozdağ deyib ki, şəhərə yeni sünni ərəbi vali təyin ediblər: “İraqda sabitlik mərkəzi hökumət tərəfindən təmin edilib. Türkiyə konstitusiyasına sahib çıxan İraqın siyasi və torpaq bütövlüyünü qorumağa xidmət edən addımları əhəmiyyətli hesab edir”.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …