Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Dünya / Türkiyədən düşməni məhv edən PUA-lar haqda açıqlama

Türkiyədən düşməni məhv edən PUA-lar haqda açıqlama

Türkiyə indi heç kimin qapısında gözləmir, PUA-larını özü istehsal edir.

Axar.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Numan Qurtulmuş deyib.

“Türkiyə sərhəddən kənarda əməliyyatlar apararkən bütün dünya ayağa qalxaraq buna qarşı çıxır. “Edə bilməzsən” deyirlər. Türkiyə bu əməliyyatlarla terror təşkilatlarına diz çökdürür. Bu, Türkiyənin qarşısı alınmayan yüksəlişidir. Ankara hazırda yerli sənaye sahəsində 70 faiz məhsulları özü istehsal edir. Biz indi heç kimin qapısında gözləmirik, PUA-ları özümüz istehsal edirik”, – Qurtulmuş bildirib.

Həmçinin oxuyun

İranın yüksək rütbəli zabiti İraqda öldürüldü – KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm …