Şənbə , Fevral 24 2024
Ana səhifə / Dünya / Türkiyədəki erməni deputatın tviti erməniləri ayağa qaldırdı

Türkiyədəki erməni deputatın tviti erməniləri ayağa qaldırdı

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının üzvü, erməni əsilli millət vəkili Marqar Yesayan xristianların Türkiyədə daha sərbəst yaşadığını bildirib.

Axar.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” informasiya yayıb. Erməni mənşəli millət vəkili Marqar Yesayanın Tvitterdəki yazısı istifadəçilər, xüsusən ermənilər arasında qızğın müzakirələrə səbəb olub.

“Türkiyədə doğulmaq ən böyük şansdır. Bir xristian olaraq sizi əmin edirəm ki, inancımızı və kimliyimizi ən azad şəkildə yaşaya bildiyimiz ölkə Türkiyədir”, – Yesayan yazıb.

Bir çox istifadəçi Yesayanın bu fikirlərini dəstəkləsə də, bəziləri onu satqın adlandırıb.

Həmçinin oxuyun

Zelenski: “Putin müharibədə məğlub olmayana qədər heç vaxt dayanmayacaq”

Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya prezidenti Vladimir Putin müharibəni uduzmasa və Ukraynanı …