Çərşənbə , Aprel 14 2021
Ana səhifə / Dünya / Türkiyədə təqaüddə olan hərbçilərin bəyanatı etirazla qarşılandı

Türkiyədə təqaüddə olan hərbçilərin bəyanatı etirazla qarşılandı

Türkiyədə təqaüddə olan bir qrup hərbçi hakimiyyət əleyhinə hədələyici siyasi bəyanat yayıb.

Etiraz doğuran bəyanat hakimiyyət orqanları tərəfindən “dövlət çevrilişinə cəhd çağırışı” kimi qiymətləndirilib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop hüquqa zidd bəyanatların yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, sərbəst fikir ifadəsi ilə dövlət çevrilişinə çağırış bir-birindən fərqlidir.

Eyni zamanda, Türkiyənin Vitse-prezidenti Fuat Oktay, ədliyyə naziri Abdulhamit Gül, daxili işlər naziri Süleyman Soylu və digər hökumət üzvləri, hakim Ədalət və İnkişaf Partiyasının rəhbər şəxsləri sözügedən bəyanata etirazlarını ifadə ediblər.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin təqaüddə olan 103 hərbçisi “Montrö Boğazları Sazişi” ilə bağlı bəyanat yayıblar. Ölkənin Baş Prokurorluğu bəyanatla əlaqədar araşdırma başladıb. Unikal.org

Həmçinin oxuyun

Azərbaycandan İrəvana 211 milyon dollar gedib? – Siyasi qalmaqal

2018-ci ildə Azərbaycandan Yerevana 211 milyon dolların köçürülməsi barədə yayılan məlumatlar Ermənistanda növbəti siyasi qalmaqala …