Bazar , Sentyabr 15 2019
Ana səhifə / Dünya / Türkiyədə səsvermə məntəqəsində atışma olub, ölənlər var

Türkiyədə səsvermə məntəqəsində atışma olub, ölənlər var

Bu gün Türkiyədə keçirilən bələdiyyə seçkilərdə baş verən olaylar zamanı ölənlər və yaralananlar olub.

ONA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Malatyanın Pötürge qəsəbəsində səsvermə məntəqəsində iki qrup arasında qarşıdurma yaranıb.

Dava-dalaş zamanı tapançadan atəş açılıb, Hasan Aktaş və İlyas Aktaş ölüb. Təhlükəsizlik qüvvələri olaya müdaxilə edib, atəş açsan şəxs saxlanılıb.

Diyarbəkirin Çüngüş qəsəbəsində isə səsvermə zamanı çıxan dava-dalaşda 9 nəfər yaralanıb.

Bu gün İstanbulda Üsküdar Saffet Çebi orta məktəbindəki seçki məntəqəsində həyat yoldaşı Əminə Ərdoğanla birlikdə səs verən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan da Malatyada baş verən hadisəyə münasibət bildirib. R. T. Ərdoğan prezident kimi baş verən hadisənin onu ciddi narahat etdiyini söyləyib. Türkiyə prezidenti hüquq-mühafizə orqanlarının hadisəni araşdırdığını nəzərə çatdırıb: “Belə məqamlarda dodağımızın arasından çıxacaq sözlər çox böyük əhəmiyyət daşıyır. Arzumuz odur ki, seçkilər bitənə qədər arzuedilməz hadisələr olmasın”.

  • 31.03.201916:05391

Həmçinin oxuyun

ABŞ-ın SSRİ-yə qarşı göyərçin “agentlər”inin üstü açıldı

SSRİ-ABŞ qarşıdurmasının qızğın çağında Vaşinqton heyvanlar tərəfindən dəstək almağa, onları casus missiyalarının aparılması üçün uyğunlaşdırmağa …