Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Dünya / Türkiyədə qatar relsdən çıxdı – 10 ölü, 73 yaralı+Yenilənib

Türkiyədə qatar relsdən çıxdı – 10 ölü, 73 yaralı+Yenilənib

ürkiyənin Tekirdağ əyalətində sərnişin qatarı relsdən çıxaraq aşıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində xeyli sayda ölən və yaralanan olduğu bildirilir. Qatarın 5 vaqonunun relsdən çıxmasına səbəb kimi yağışlar nəticəsində torpaq sürüşməsi göstərilir. Ümumilikdə qatarda 360 sərnişin olub. Tekirdağ valisi Mehmet Ceylan qəza ilə bağlı “Çox sayda yaralı var. Ərazi palçıq olduğundan bölgəyə xilasedicilər girə bilmir. Zəncirli vasitələrdən istifadə edirik” deyib.

Qəza ilə bağlı məlumat verilən prezident Rəcəb Tayyib Ərdoğan ölənlərin ailələrinə başsağlığı verərək yaralılara şəfa diləyib.

 

Kommunikasiya, dənizçilik və rabitə naziri Ahmet Arslan hadisə yerinə yola düşüb.

***

Qatarda olan 362 sərnişindən 10-nun öldüyü, 73-nün isə yaralandığı bildirilib. Məlumatı Səhiyyə Nazirliyi yayıb.

 

Həmçinin oxuyun

İran Ali dini lideri benzinin bahalaşma qərarına dəsətk verdi: “Bu, icra olunmalıdır!”

İran Ali dini lideri Əli Xamenei hökumətin benzinin bahalaşması barədə qərarını dəstəkləyib. Bu barədə “Press …