Şənbə , Yanvar 23 2021
Ana səhifə / Dünya / Türkiyədə prokurorluq məşhur aktyorlar barədə araşdırma başlatdı

Türkiyədə prokurorluq məşhur aktyorlar barədə araşdırma başlatdı

Türkiyənin iki məşhur aktyoru Müjdat Gəzən ve Mətin Akpınar barəsində prokurorluqda araşdırma başlayıb.
Bu barədə İstanbul Anadolu Baş Prokurorluğunun yaydığı rəsmi məlumatda bildirilib.

Qeyd edilib ki, buna səbəb hər iki aktyorun Uğur Dündarın “Xalq arenası” verilişində Türkiyə prezidenti barədə təhqiredici fikirlər səsləndirməsi, eləcə də vətəndaş müharibəsi və qiyama çağırışlar etməsinə dair iddialardır. Hər iki aktyor ifadələrinin alınması üçün prokurorluq orqanlarına çağırılıb. (Azvision.az)

Həmçinin oxuyun

Ermənistanda növbəti rəzalət

Ermənistanda müharibədə iştirak edənlərin çoxunun hərbi biletində orduda sürücü kimi xidmət etdiyi qeyd edilir. Bu …