Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Dünya / Türkiyədə prezident və parlament seçkiləri keçirilir

Türkiyədə prezident və parlament seçkiləri keçirilir

Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.

Prezident seçkilərində Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə, İyi Partiyanın sədri Meral Akşener, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu, Vətən Partiyasının sədri Doğu Perinçək və Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan namizədi Səlahəddin Dəmirtaş mübarizə aparırlar.

R. T. Ərdoğanın namizədliyini sədri olduğu hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyətçi Hərəkat Partiyası (MHP), Böyük Birlik Partiyası (BBP) və Hüda-Par dəstəkləyir.

Türkiyə Böyük Millət Məclisindəki 600 mandat uğrunda isə AKP, MHP, BBP, CHP, İYİ Partiya, Səadət Partiyası, Demokratik Partiya, Xalqların Demokratik Partiyası, Müstəqil Türkiyə Partiyası, Müstəqil Mübarizə – HÜDA Partiyası,  Vətən Partiyası mübarizə aparırlar. AKP və MHP parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılıb. BBP namizədləri “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıblar. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılıblar.

Türkiyədəki 59 milyon 391 min 328 vətəndaş səsvermə hüququna malikdir. Bu seçicilərin 56,3 milyonu Türkiyədə, qalanı isə xarici ölkələrdə yaşayır. Bundan əvvəl xaricdəki seçicilər üçün səsvermə prosesi başa çatıb, bülletenlər Türkiyəyə gətirilib.

Səsvermə prosesini izləmək üçün 34 ölkədən 650 KİV təmsilçisinə, eləcə də 500 yaxın beynəlxalq müşahidəçiyə icazə verilib.

Artıq səcvermə başlayıb. Ankara vaxtı ilə saat 8.00-da start götürən səsvermə saat 17.00-da başa çatacaq.

Ali Seçki Komissiyasının məlumatına görə, səsvermənin ilkin nəticəsinin günün sonunadək açıqlanması nəzərdə tutulub.

Həmçinin oxuyun

Gürcüstan seçkiləri: Baş nazir Saakaşvilini həbs edəcəyini deyir

Gürcüstanın baş naziri Georgi Qaxariya keçmiş prezident Mixil Saakaşvilinin lideri olduğu “Vahid milli hərəkat” partiyasının …