Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Dünya / Türkiyədə prezident seçkilərinin vaxtı məlum oldu

Türkiyədə prezident seçkilərinin vaxtı məlum oldu

Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada gənclərlə görüşü zamanı deyib.
“Mayın 14-də keçiriləcək seçkilərdə ilk dəfə səs verəcək sizlərlə, dəyərli gənclərimizlə, olmağımızı bizə nəsib etdiyi üçün Rəbbimə şükür edirəm. Sizin sayənizdə 40 ildən çox vaxt keçməsinə baxmayaraq keçmiş dönəmdəki həyacanı xatırlayır və eyni hissləri yenidən yaşayırıq”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il iyunun 18-də keçirilməli idi. Ərdoğan daha əvvəlki açıqlamalarında seçkinin tarixinin önə çəkilə biləcəyini bildirib.

Həmçinin oxuyun

Ermənilərin İsraillə bağlı iddiası yəhudilərlə kütləvi toqquşmalara səbəb olub

Ermənilərin İsrailin onlara məxsus olması iddiası yəhudilərlə toqquşmalara səbəb olub. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər …