Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Dünya / Türkiyədə meşələr yanır – FOTOLAR

Türkiyədə meşələr yanır – FOTOLAR

Türkiyədə Çanaqqala vilayətinin Kızılkeçili kəndi yaxınlığında meşə yanğını baş verib. Yanğına havadan və qurudan müdaxilə edilir.

Bundan əlavə Mersinin Gülnar rayonunda, Hatayın Belen rayonunda və Osmaniyenin Düziçi rayonunda meşə sahəsində yanğın başlayıb.

Bölgəyə yanğınsöndürmə helikopteri, çoxlu sayda suçiləyici, meşə təsərrüfatının əməkdaşları cəlb edilib.

Həmçinin oxuyun

Paşinyanın partiyası seçkilərdə qalib gəlib

İrəvan Ağsaqqallar Şurasına seçkilərdə səslərin hesablanması başa çatıb. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 475 …