Çərşənbə axşamı , May 18 2021
Ana səhifə / Dünya / “Türkiyədə koronavirusa yoluxmaların 85 faizi “Britaniya ştammı”dır” – RƏSMİ

“Türkiyədə koronavirusa yoluxmaların 85 faizi “Britaniya ştammı”dır” – RƏSMİ

“Türkiyədə COVID-19-a yeni yoluxmaların 85 faizi virusun Böyük Britaniyada aşkarlanmış və mutasiyaya uğramış versiyasıdır”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca nazirliyin nəzdində pandemiya əleyhinə mübarizə məqsədilə yaradılan Elm Qurumu üzvləri ilə növbəti iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Nazir deyib ki, Türkiyə hazırda pandemiyanın ən güclü yayılma mərhələsini yaşayır: “Türkiyə ərazisinin 80 faizi hazırda riskli bölgələrdir, lakin buna baxmayaraq, ağır xəstə sayında artım müşahidə olunmur”.

F.Qoca indiyədək Türkiyədə yeni növ koronavirus əleyhinə 18 milyondan çox əhalinin peyvənd olunduğunu, 7,5 milyonun isə ikinci peyvəndinin tamamlandığını deyib: “Türkiyə dünyada ən çox peyvənd etdirən ölkələr sırasında 6-cı yerdədir”.

Nazir Ramazan bayramının başlaması ilə əlaqədar Nazirlər Kabinetinə Elm Qurumunun “COVID-19-la mübarizə tədbirləri haqqında” müvafiq təkliflərinin təqdim olunacağını da vurğulayıb.

Həmçinin oxuyun

Fransızlar Eldar Əziziovun ideyasını oğurladı

Fransalı şirniyyatçılar dünyanın ən böyük tortu – “Opera”nı hazırlayıblar. “Le Parisien” xəbər verir ki, onu …