Şənbə , May 18 2024
Ana səhifə / Dünya / Türkiyədə illik inflyasiya 68,5%-ə yüksəldi

Türkiyədə illik inflyasiya 68,5%-ə yüksəldi

Türkiyədə illik inflyasiya mart ayında 68,5%-ə yüksəlib. Bu isə ötən aya nisbətən 1,43% çoxdur.

Türkiyə Statistika Təşkilatı (TÜİK) xəbər verir ki, fevral ayında bu rəqəm 67,07% təşkil edib. 

Məlumata görə, mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 3,16%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 15,06% artıb.

Ötən ilin eyni ayına nisbətən ən az artım 50,10% ilə geyim və ayaqqabı qiymətlərində, ən çox artım qeydə alınan əsas qrup isə 104,07% ilə təhsil sektoru olub.

Qeyd edək ki, mart ayında qeydə alınan inflyasiya ötən ilin iyun ayından bəri ən yüksək göstəricidir.

Həmçinin oxuyun

Dəmirtaşa 42 il həbs cəzası: “Şərəfsizcə yaşamaqdansa, ölməyi üstün tuturuq”

Mayın 16-da Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaşa hökm oxunub. Bu barədə …