Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Dünya / Türkiyədə iki tanınmış şəxs COVID-19-un qurbanı oldu

Türkiyədə iki tanınmış şəxs COVID-19-un qurbanı oldu

Türkiyədə koronavirusdan müalicə alan türkiyəli ilahiyyatçı, yazıçı və aparıcı Ömər Döngeloğlu vəfat edib. 

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq Başakşehir xəstəxanasında müalicə alan 52 yaşlı yazıçı dünyasını dəyişib.

Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan, keçmiş prezident Abdullah Gül və Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayrak onun vəfatı ilə bağlı başsağlığı verib.

Bundan başqa, İstanbul Universitetinin Tibb Fakültəsinin professoru Murat Dilmener də koronavirusdan ölüb. 78 yaşlı həkim bir aydan çoxdur COVID-19-dan müalicə alırdı.

Həmçinin oxuyun

Paşinyanın atası: “Bu ölkədə oğlumdan daha…” — VİDEO

Ermənistanda sosial şəbəkə istifadəçiləri 2 il əvvəl baş nazir Nikol Paşinyanın atası Vova Paşinyanın  Rusiya …