Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Dünya / Türkiyədə gənc oğlan sevgilisinin rəfiqələrini güllələdi – FOTOLAR

Türkiyədə gənc oğlan sevgilisinin rəfiqələrini güllələdi – FOTOLAR

Türkiyənin Adana şəhərində 2 gənc qız silahlı hücuma məruz qalıb.

Musavat.com xəbər verir ki, hadisə Adananın Ceyhan qəsəbəsində baş verib.

Silahlı hücuma məruz qalan qızlardan biri yara almadan xilas olub. Digəri isə güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verməsinin bəzi təfərrüatları məlum olub. Belə ki hadisədən əvvəl 3 rəfiqə Dilara,Şeyda və Menekşe adlı qızlar öz aralarında mübahisə edib. Mübahisə nəticəsində Dilara ilə Şeyda birləşərək Menekşe adlı rəfiqələrini döyüblər. Döyülən gənc qız sevgilisinin yanına gələrək olanları ona danışıb. Döyülən gənc qızın sevgilisi Mustafa Ömer Dilara ilə Şeydanı küçədə təqib edərək gecə saat 23:00 radələrində yol kənarında güllələyib.

Hadisədən sonra Mustafa adlı şəxs oradan qaçıb. Hazırda cinayətə təşəbbüs maddəsi ilə Menekşe adlı gənc qız həbs edilib. Onun sevgilisi isə polis tərəfindən hələ də axtarılır.

Adana’da 2 genç kıza silahlı saldırı
Adana’da 2 genç kıza silahlı saldırı
Adana’da 2 genç kıza silahlı saldırı

Həmçinin oxuyun

İstanbulda dənizlə quru birləşir… – İmamoğlunun ilk sınağı+Fotolar

İstanbulda şənbə günündən davam edən şiddətli yağışlar sakinlərə çətin anlar yaşadıb.  “Qafqazinfo” xəbər verir ki, …