Çərşənbə , İyun 26 2019
Ana səhifə / Dünya / Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilir- Rəsmi

Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilir- Rəsmi

İyulun 18-də Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv ediləcək.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib.

“Terrorçuluqla mübarizə qətiyyətlə davam etdiriləcək və təhlükə yarandığı halda ölkədə yenidən fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər”, deyə İ.Kalın qeyd edib.

Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı ildə dövlət çevrilişinə cəhddən sonra tətbiq edilmişdi.

Həmçinin oxuyun

İmamoğlu sərvətinin siyahısını paylaşdı – Fotolar

YSK-nın (Ali Seçki Komissiyası) qeyri-rəsmi nəticələrinə görə İstanbulun bələdiyyə sədri seçilən Əkrəm İmamoğlu özünün, həyat …