Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Dünya / Türkiyədə dollar kəskin ucuzlaşmağa başlayıb

Türkiyədə dollar kəskin ucuzlaşmağa başlayıb

Türkiyədə dolların məzənnəsi sürətlə aşağı düşməyə başlayıb.
Buna səbəb bu gün ABŞ-ın Türkiyənin ədliyyə və daxili işlər nazirinə qarşı tətbiq olunan sanksiyaları dayandırmasıdır.
Belə ki, sanksiyaların dayandırılması ilə bağlı xəbərlərin ardından dollar 1,25 faiz ucuzlaşaraq, 5,4360 lirəyə, avro isə 1,30 faiz ucuzlaşaraq, 6,2080 səviyyəsinə enib.
Qeyd edək ki, oktyabrın 12-də Türkiyə rahib Brunsonu azadlığa buraxmış və ABŞ xarici işlər naziri Pompeo Türkiyəyə səfərində sanksiyaların aradan qaldırılacağını açıqlamışdı.

Həmçinin oxuyun

Ərdoğan nazirləri toplayır – Qarabağ da müzakirə olunacaq

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Prezident İqamətgahında Nazirlər Kabinetinin toplantısı baş …