Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Dünya / Türkiyədə Azərbaycan prospekti və Qarabağ məhəlləsinin açılışı olub (FOTO)

Türkiyədə Azərbaycan prospekti və Qarabağ məhəlləsinin açılışı olub (FOTO)

Bu gün Türkiyədə Azərbaycan prospektinin açılışı olub.

Bu barədə Azinforum.az-a açılış mərasimində iştirak edən İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.

O bildirib ki, prospekt Türkiyənin Van vilayətində yerləşir. Azərbaycan prospekti ilə yanaşı vilayət ərazisində Qarabağ məhəlləsi adlandırılan küçənin də açılışı olub:

“Mərasimdə Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib. Tədbirdə Van bölgəsinin rəhbər işçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər”.

Türkiyədə Azərbaycan prospekti və Qarabağ məhəlləsinin açılışı olub (FOTO) - Gallery Image

Həmçinin oxuyun

Zombi general Manvel Qriqoryan qəbirdən “çıxdı” – Video

Yanvarın 6-da Xocalı soyqırımını törədənlərdən biri, erməni general Manvel Qriqoryanın yaxınları onun məzarını ziyarət etmək …