Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Dünya / Türkiyədə axtarışda olan 478 min nəfər saxlanılıb

Türkiyədə axtarışda olan 478 min nəfər saxlanılıb

Ötən il Türkiyədə həyata keçirilən əməliyyatlar zamanı müxtəlif cinayətlər səbəbindən axtarışda olan 478 min 133 şübhəli şəxs saxlanılıb. Bundan əlavə, 842-i uşaq olmaqla 3 min 5 nəfər itkin tapılıb.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar nəticəsində ölkəyə qanunsuz yollarla daxil olmuş 5 min 742 miqrant və onlara köməklik göstərməkdə təqsirli bilinən 96 nəfər saxlanılıb. Azvision.az

Həmçinin oxuyun

Bayden Trampın qərarlarını ləğv etdi: Müsəlman ölkələrinə qadağa qaldırıldı

ABŞ-ın 46-cı prezidenti seçilən Co Bayden hakimiyyətinin ilk günündən özündən əvvəlki dövlət başçısı Donald Trampın …