Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Dünya / Türkiyədə 3,5 milyon Suriyalı qaçqın var – 30 milyard dollar xərclənib

Türkiyədə 3,5 milyon Suriyalı qaçqın var – 30 milyard dollar xərclənib

“Yüzminlərlə suriyalı qaçqın Türkiyədə kiçik sahibkarlıqla məşğul olur”

“Report” xəbər verir­­ ki, bunu Türkiyənin Baş Ombudsmanı Şefer Malkoç “Hüquq bərabərliyinin­ təmin olunmasında və­ təşviqində milli ins­an hüquqları təsisatl­arının rolu” mövz­usu­nda Ombudsmanların­ X­V Bakı Beynəlxalq ­Ko­nfransında deyib.

O bildirib ki, qaçqınların 8 faizi kamplarda, digər hissəsi isə xalqın arasında yaşayır: “Türkiyə Suriyalı qaçqınlara qapı açmasa idi Avropa fəlakətə məruz qalardı. Çünki Avropa bu qədər köçkünü qəbul edə bilməzdi”.

Ş.Malkoç qeyd edib ki, hazırda 700 min Suriyalı qaçqın uşaq Türkiyə məktəblərində təhsil alır: “Türkiyə bu günədək Suriyalı qaçqın və məcburi köçkünlərə 30 milyard dollardan çox pul xərcləyib.

Hazırda yüzminlərlə suriyalı qaçqın Türkiyədə kiçik sahibkarlıqla məşğul olur”.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …