Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Dünya / Türkiyədə 1553 hərbçi işdən çıxarılıb

Türkiyədə 1553 hərbçi işdən çıxarılıb

Türkiyədə fövqəladə vəziyyət rejiminin ləğv olunmasından sonra Silahlı Qüvvələrin 1553 əməkdaşı işdən çıxarılıb.

Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, təqaüddə olan 151 hərbçinin isə rütbəsi geri alınıb. 

Qeyd olunub ki, Müdafiə Nazirliyinə bağlı bütün qurumların əməkdaşlarının FETO terror təşkilatı ilə əlaqəsi barədə geniş araşdırma aparılır. 

İndiyədək aparılan araşdırmalar nəticəsində Quru Qoşunlarında 879, Hərbi Dəniz Qüvvələrində 242, Hərbi Hava Qüvvələrində isə 432 nəfər işdən azad olunub. 

Həmçinin oxuyun

Gürcüstan seçkiləri: Baş nazir Saakaşvilini həbs edəcəyini deyir

Gürcüstanın baş naziri Georgi Qaxariya keçmiş prezident Mixil Saakaşvilinin lideri olduğu “Vahid milli hərəkat” partiyasının …