Bazar ertəsi , May 20 2019
Ana səhifə / Dünya / Türkiyədə 104 hərbçi ömürlük həbs olundu

Türkiyədə 104 hərbçi ömürlük həbs olundu

Türkiyənin İzmir şəhər məhkəməsi  2016-cı ilin iyul hadisələri (dövlət çevrilişinə cəhd) ilə bağlı iş üzrə 104 nəfəri ömürlük azadlıqdan məhrum edib.

Bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Ən ağır cəzanı alan müttəhimlər ölkə konstitusiyasını pozmaqda, Fətullah Gülənin terrorçu qruplaşmasına (FETÖ) üzv olmaqda təqsirli bilinib. Onların arasında yüksək çinli zabitlərin də yer aldığı bildirilir.

Ömürlük həbs alanlardan savayı, 21 nəfər qiyam zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdinə görə 20 il azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Koçaryanın işi Konstitusiya Məhkəməsinə göndərildi

Ermənistanın birinci instansiya məhkəməsi sabiq prezident Robert Koçaryana qarşı cinayət işini Konstitusiya Məhkəməsinə göndərib. Azvision.az “RİA …