Çərşənbə axşamı , Mart 19 2019
Ana səhifə / Dünya / Türkiyədə 100 nəfər yüksək rütbəli hərbçi saxlanılıb

Türkiyədə 100 nəfər yüksək rütbəli hərbçi saxlanılıb

Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyatlar davam edir.

Sputnik Azərbaycan “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu gün səhər saatlarında 100 yüksək rütbəli əsgərə qarşı əməliyyat aparılıb.

Onların saxlanılması haqqında qərarı Ankara Baş Prokurorluğu verib. Əməliyyatlar eyni zamanda müxtəlif ünvanlarda keçirilib.

Saxlanılan əsgərlərin Quru Qoşunlarında xidmət apardığı bildirilir.

Həmçinin oxuyun

Qazaxıstana 30 il rəhbərlik edən Nazarbayev istefa verdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev dövlət başçısı vəzifəsi səlahiyyətlərini təhvil verib. Azinforum.az xəbər verir ki, o, …