Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Dünya / Türkiyə vətəndaşlıq şərtlərini asanlaşdırdı, bəs digər ölkələr?

Türkiyə vətəndaşlıq şərtlərini asanlaşdırdı, bəs digər ölkələr?

Pulunuz varsa, istənilən ölkənin vətəndaşı ola bilərsiniz – siyahı

Türkiyə vətəndaşlığı almaq üçün müəyyən edilmiş investisiya limiti kəskin azaldılıb. Məlumata görə, əgər indiyə qədər Türkiyədə 1 milyon ABŞ dolları dəyərində daşınmaz əmlak alan əcnəbilərə vətəndaşlıq verilirdisə, hazırda sözügedən məbləğ 250 min dollardır.

Bundan başqa, qonşu ölkədə investisiya limiti biznes qurub vətəndaşlıq almaq istəyənlər üçün 2 milyon dollardan 500 min dollara, yerli banklara depozit yerləşdirib vətəndaşlıq almaq istəyənlər üçün isə 3 milyon dollardan 500 min dollara endirilib.

Bu informasiya hansısa formada yolu Türkiyəyə düşən və orada vətəndaşlıq almaq istəyən şəxslər üçün optimal fürsətlərdən biridir. Amma “Yeni Müsavat” mövzunun aktuallığını nəzərə alaraq, dünyanın bir çox ölkələrində vətəndaşlıq almaq və ya yaşayış icazəsi almaq üçün irəli sürülən şərtlər barədə arayış hazırlayıb. Arayışa əsasən, Qərb mediasının apardığı araşdırmalar nəticəsində hazırlanıb.

Bir ölkə 322 min dollar istəyir, o biri 1 milyon funt

Başlayaq Macarıstandan. Burada xüsusi hökumət bondlarını, yəni qiymətli kağızlarını, istiqrazlarını alan xariciyə vətəndaşlıq verilə bilər. Bunun üçün onun 322 min dollarlıq bond alması kifayətdir. Başqa Avropa Birliyi ölkələrindən fərqli olaraq, Macarıstan investorlardan daşınmaz əmlak almağı və ya ölkədə daimi yaşamağı tələb etmir.

Böyük Britaniyada vətəndaşlıq almaq üçün 1 milyon funt ödəmək lazımdır. İnvestor 750 funtdan az olmayan bir məbləği Britaniya iqtisadiyyatına, eyni zamanda 250 min funtdan az olmayan məbləği isə Birləşmiş Krallıq ərazisində daşınmaz əmlaka yatırmalıdır. Və yaxud bu məbləğ Britaniya banklarından birindəki hesaba yatırılmalıdır. Bundan sonra investor öz ailəsi ilə birlikdə bu ölkədə qanunla yaşamaq və işləmək hüququ əldə edir. Beş ildən sonra ailə yaşayış icazəsi, bir ildən sonra isə vətəndaşlıq əldə edir. Daha varlı insanlar üçün vətəndaşlığın verilməsi proseduru sürətləndirilə bilər. Ölkəyə 5 milyon funt sərmayə yatırdıqda vətəndaşlıq 4 ildən, 10 milyon funtdan çox sərmayə yatırdıqda isə 3 ildən sonra verilə bilər. İngiltərə 13 ildə 2 milyondan artıq qaçqına vətəndaşlıq verib. İngiltərə hər 2,5 dəqiqədə bir şəxsə vətəndaşlıq verir.

avstraliya vətəndaşı olmaq ile ilgili görsel sonucu

Avstraliyaya 4,7 milyon dollarlıq investisiya qoyanlar viza alaraq yerləşə bilir. Almaniyada da minimum kapital 250 min avro təşkil edir. Sözügedən məbləği ödəyən xaricilər ölkənin vətəndaşlığını qazanırlar.

Makedoniyada 40 milyon avroluq daşınmaz əmlak alan xaricilərə bir illik vətəndaşlıq icazəsi, 400 min avro dəyərində yatırım edənlər və ən azı 10 işçisi olanlar Makedoniya vətəndaşı ola bilərlər.

Bolqarıstan azı bir il ölkədə daimi yaşayan və 1,2 milyon dollarlıq yatırım edənlərə vətəndaşlıq verir.

Polşa və Fransa orada müvəqqəti yaşamaq hüququ olan əcnəbidən ölkə ərazisində daim olmasını tələb etmir, lakin bu ölkələrdə daimi yaşayış hüququ almaq çox mürəkkəbdir. Polşada bu ölkənin tarixindən imtahan vermək və polyak dilində kifayət qədər səlis danışmaq tələb olunur. Fransada isə yerli dili bilməkdən əlavə, həm də ayda 2600 avrodan az olmayaraq gəlirə malik olmaq lazımdır.

Maltada vətəndaşlıq almaq istəyən 1,57 milyon dollar verməlidir.  Malta 2013-cü ildə bu qərarını elan edəndə vətəndaşlığın satış qiymətini 865 min dollar qoymuşdu, ancaq müxalifətin etiraz nümayişlərindən sonra hökumət qiyməti az qala iki dəfə qaldırdı. Həmin etirazlar qanunda məhdudiyyətlərə də gətirdi. Malta vətəndaşlığı almaq istəyən Maltada daimi yaşamalıdır və vətəndaşlıq ən çoxu 1800 adama veriləcək.

Ən bahalı vətəndaşlıq verən ölkə olaraq Kiprin adı siyahılarda xüsusi yer tutur. Burada vətəndaşlıq almaq istəyən şəxs 6,2 milyon dollar verməlidir. Böyük investor qrupu daxilində investisiya edənə vətəndaşlıq isə 2,48 milyon dollaradır. Kiprin bu proqramı varlı rusiyalıları hədəf götürüb.

Dominikan Respublikasında vətəndaşlıq almaq istəyən fərd 100 min dollar ödəməlidir. Həyat yoldaşı ilə birlikdə vətəndaşlıq almaq istəyən isə 175 min dollar verməlidir. Müraciəti verənlərin ölkədə yaşaması tələb olunmur.

Müqəddəs Kits və Nevlis – Karib dənizində iki adadan ibarət olan bu ölkədə vətəndaşlıq almaq müraciəti cəmi 3 səhifədən ibarətdir.

Vətəndaşlıq almaq istəyən adalarda daşınmaz əmlaka 400 min dollar qoymalıdır və ya ölkənin Şəkər Sənayesi Fonduna 250 min dollar ianə verməlidir.

Antiqua və Barbuda – bu ölkələr də Müqəddəsd Kits və Nevils adalarından şərqdə yerləşir. Burada da vətəndaşlıq almaq üçün gərək 400 min dollarlıq daşınmaz əmlak alasan ya da xeyriyyəyə 200 min dollar verəsən.

Qrenada – Karib adalarında yerləşən Qrenada vətəndaşlıq almaq istəyənlərdən Qrenadada fəaliyyət göstərən şirkətlərin 311 min dollarlıq səhmini almasını tələb edir.

Kanada vətəndaşı olmaq ile ilgili görsel sonucu

İspaniya, Portuqaliya, yoxsa Kanada – milyonlar havada uçuşur…

Keçək digər ölkələrə. İspaniya hökuməti isə 2013-cü ilin sonlarından etibarən 500 mindən çox avro ödəyərək daşınmaz əmlak alanlara vətəndaşlıq verməyi qərara alıb. Bundan əlavə, dövlət istiqrazlarına 5 il müddətinə sərmayə yatırdıqda vətəndaşlıq əldə etmək olar. Bunu ispan şirkətlərinə 1 milyon avro sərmayə yatırmaqla, yaxud bu məbləği depozit hesabına yatırmaqla etmək olar. Lakin ümumi qaydalara görə, investor yalnızca 10 ildən sonra vətəndaşlığını təsdiq edə bilər.

Portuqaliya hökuməti də 2013-cü ildə “Golden Residence” proqramı yaradıldı və bu proqram əsasında əcnəbilərə asanlaşdırılmış şərtlərlə vətəndaşlıq təklif edirdi. Bunun üçün 500 min avroya daşınmaz əmlak almalı və növbəti 5 il ərzində satmamalı idi. Yaxud da investor Portuqaliya iqtisadiyyatını minimum 1 milyon avro həcmində investisiya etməlidir. Bundan sonra investor ölkəyə ilk səfəri zamanı 1 illik yaşayış hüququ rəsmiləşdirə bilər. Gələcəkdə o, bu müddəti uzada bilər. İnvestor ölkədə 6 il yaşadıqdan sonra vətəndaşlıq əldə edə bilər. Proqramın şərtlərinə görə, ilk ildə ölkədə məcburi qalma müddəti 7 gün və növbəti illərdə 14 gün təşkil edir.

Kanadada da investisiya qarşılığında vətəndaşlıq almaq mümkündür. Bunun üçün xarici ölkə vətəndaşları biznesi idarə etmək təcrübəsinə malik olduğunu və kapitalının 1,6 milyon kanada dollarından çox olduğunu və sərvətini qanuni yollarla qazandığını sübut etməlidir. Bundan sonra əcnəbi şəxs ölkə iqtisadiyyatına 800 min kanada dolları sərmayə yatırmalıdır. Kanada hökumətinin rəsmi saytında bu investisiyanın nəyə xərclənməsinin göstərilməsi ilə yanaşı, bu ölkədə 5 il və 3 ay yaşadıqdan sonra investisiyanın geri qaytarılmasına zəmanət verilir. Burada yalnız bir mənfi cəhət var ki, ərizənin baxılması müddəti 2 ilə çata bilər. Burada Quebec əyaləti də investorlara proqram təqdim edir. Bu proqramın şərtləri də demək olar ki, eynidir. Yeganə fərq ondadır ki, burada bütün investisiya Quebec iqtisadiyyatının inkişafına xərclənir və ərizənin baxılma müddəti 1 ildir.

Amerika immiqrasiya üçün ən populyar ölkələrdən birdir. Bununla belə, ən adi turistik viza almaq istəyən əcnəbilər bir qədər zəhmət çəkməli olur. Lakin varlı investorların digər bir çıxış yolu var: amerikan start-uplarına minimum 500 min dollar sərmayə yatırdıqda və minimum 10 leqal iş yeri yaratdıqda, biznesmen məşhur amerikan Green Card-nı əldə edə bilər. Green Card – ABŞ-da yaşama hüququnu təsdiq edən şəxsiyyət vəsiqəsidir. Gələcəkdə ölkənin vətəndaşlığını əldə etmək üçün investor 5 il ABŞ-da yaşamalı, ingilis dilini, ABŞ-ın tarixini və hüquq sistemini bilməli və sədaqət andı içməyə hazır olmalıdır.

Həmçinin oxuyun

Meral Akşenerdən Ərdoğan-Bahçeli cütlüyünə “Çalar saat” yumruğu: “Yazığım gəldi…”

Dünən axşam Türkiyənin nüfuzlu FOX telekanalında Əkrəm İmamoğlu ilə Binali Yıldırım arasında baş tutan tarixi “savaş”ın …