Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Dünya / Türkiyə tankları Afrinə daxil olub

Türkiyə tankları Afrinə daxil olub

Türkiyə tankları Suriyanın Afrin bölgəsinə daxil olub və “Azad Suriya ordusu” müxalifət birləşmələrinə dəstək göstərir.

“Report” “Hürriyət” nəşrinə istinadən xəbər verir ki, bu barədə hərbi mənbə məlumat yayıb.

Bildirilir ki, quru əməliyyatları zamanı Türkiyə ordusu ciddi müqavimətlə üzləşməyib. YPG terrorçuları ətraf kənd və qəsəbələrə geri çəkiliblər.

Türkiyə şənbə günü Afrində Suriyanın silahlı kürd dəstələrinə qarşı (YPG) əməliyyatlara başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan “Azad Suriya ordusu” qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb.

Həmçinin oxuyun

“Azərbaycan və Ermənistan arasında mübarizə hər bir vergül üstündə gedirdi”

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda atəşkəs haqqında noyabr bəyanatının qəbul edilməsi ilə bağlı bəzi …