Bazar , Noyabr 29 2020
Ana səhifə / Dünya / Türkiyə Səudiyyənin təklifini rədd etdi

Türkiyə Səudiyyənin təklifini rədd etdi

Jurnalist Camal Kaşoqinin qətlinin araşdırılması üçün Türkiyəyə gələn Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Muacib türkiyəli həmkarı İrfan Fidanla görüşüb.

Türkiyə KİV-ləri xəbər verir ki, əl-Muacib məqsədinin cinayət olayının obyektiv araşdırılması olduğunu diqqətə çatdırıb.

O, Kaşoqi cinayəti ilə bağlı Türkiyənin əldə etdiyi bütün dəlillərin Səudiyyəyə təqdim olunmasını israrla tələb edib. Türkiyə rəsmiləri isə bundan birmənalı şəkildə imtina edərək istintaqın İstanbul prokurorluğu tərəfindən aparılmalı olduğunu bildiriblər.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cinayət hadisəsinin İstanbulda qeydə alındığını əsas gətirərək, qətldə əli olan 18 nəfərin Türkiyədə mühakimə olunmasını təklif edib. Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cubeyr isə cavab olaraq bildirib ki, həmin şəxslər Türkiyəyə təhvil verilməyəcək. (Azvision.az)

Həmçinin oxuyun

Putin Təhlükəsizlik Şurasını yenə topladı

Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlılq Qarabağdakı …