Cümə axşamı , Oktyabr 28 2021
Ana səhifə / Dünya / Türkiyə Rusiya bazarına fındıq ixracını genişləndirmək istəyir

Türkiyə Rusiya bazarına fındıq ixracını genişləndirmək istəyir

2020-ci ildə İstanbul Fındıq Məhsulları İxracatçıları Birliyi Rusiyada Türkiyə fındıq məhsulları tanıtımının genişləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirməyi planlaşdırır.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Birliyin İdarə Heyətinin sədri Əli Heydar Görən bildirib. Onun sözlərinə görə, artıq Rusiyada pərakəndə bazar araşdırması aparılıb və bu istiqamətdə bir sıra təqdimatlar həyata keçiriləcək. Əli Heydar Görən xatırladıb ki, 2019-cu ildə Türkiyənin Rusiyaya fındıq məhsulları ixracının həcmi 20 mln. dollara çatıb.

“Bununla yanaşı, il ərzində həyata keçirəcəyimiz təqdimatlar və tədbirlər nəticəsində bu göstəricini daha da artırmağı planlaşdırırıq” deyən Ə.Görən həmçinin vurğulayıb ki, Türkiyənin fındıq ixracında əsas yerləri Avropa ölkələri tutur: “Siyahıda ön pillələrdə 370 mln. ABŞ dolları ilə Almaniya, 335 mln. ABŞ dolları ilə İtaliya, 115 mln. ABŞ dolları ilə İtaliya qərarlaşıb”.

Həmçinin oxuyun

Sarkisyan Səudiyyə Ərəbistanına getdi

Ermənistan prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfərə gedib. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti …