Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Dünya / Türkiyə prezidentinin mühafizəçisi yazdığı roman ilə gündəm oldu – FOTOLAR

Türkiyə prezidentinin mühafizəçisi yazdığı roman ilə gündəm oldu – FOTOLAR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərindən biri olan polis məmuru Mesut Canöz yazdığı kitab ilə gündəmə gəlib.

Uzun müddətdir bu romanın üzərində işlədiyini bildirən Mesut Canöz detektiv roman olduğunu qeyd edib. Romanın adı isə “Vahşetin Başkenti”dir.

Mesut Canöz 5 ildir ki, Prezidentin mühafizə xidmətində R.T.Ərdoğanın mühafizə qrupunda işləyir.

Atasının da bir polis olduğunu deyən Mesut Canöz romanı şahidi olduğu və özünün yaşadığı hadisələr əsasında yazdığını bildirib. Detektiv janrda olan romanda əsasən qatillərlə polislər arasında yaşanan gərginlik əks olunub.

Cumhurbaşkanı Erdoğan’ın korumasından cinayet romanı ile ilgili görsel sonucu

Mesut Canöz onu gündəmə gətirən kitab haqqında bu fikirləri söyləyib: “Dünyada və Türkiyədə yaşanmış ən ağır cinayətləri araşdırdım və öz obrazımı yaratdım. Araşdırmalarım çox uzun müddət çəkdi, bir çox insanlarla söhbət etdim və özümü hazır hiss etdiyimdə bu romanı çıxarmağa qərar verdim. Romandakı detektiv qəhərmanlar süni deyil. Real həyatda vəzifələrini layiqincə icra etmiş qəhrəman polislərin obrazı canlandırılıb. Romanın əsas mövzusu polislərlə qatillərdir. Lakin romanımda terror hadisələri, ictimai təhlükəsizlik qaydaları və s. bu kimi məqamlara da toxunmuşam”.

Cumhurbaşkanı Erdoğan’ın korumasından cinayet romanı ile ilgili görsel sonucu

Mesut Canöz artıq romanın filmə çevrilməsi üçün təkliflərin gəldiyini bildirib. O, bu romanın bir polis tərəfindən yazıldığı üçün bu qədər diqqət çəkdiyini qeyd edib. Mesut romandakı qəhrəmanların saxta deyil, həqiqi olduğu üçün rejisorların diqqətini çəkdiyini deyib.

O, romanın müəyyən qədər satılmasından sonra film təkliflərini düşünəcəyini də qeyd edib. Musavat.com

Attachment

Həmçinin oxuyun

Almaniya tarixində ilk dəfə türk əsilli siyasətçi bələdiyyə sədri seçilib – FOTO/VİDEO

Bir neçə gün öncə Almaniyada keçirilən bələdiyyə seçkilərində bir ilk yaşanıb. Almaniyada türk mənşəli siyasətçi Belit …