Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Dünya / Türkiyə prezidenti Rza Zərrab iddialarına qarşı sərt reaksiya verdi

Türkiyə prezidenti Rza Zərrab iddialarına qarşı sərt reaksiya verdi

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan iş adamı Rza Zərrabın ABŞ-da müttəhimlər kürsüsündə əyləşdiyi məhkəmə prosesində verdiyi ifadələrlə bağlı açıqlama verib.

Ərdoğan “Məhkəmənin nəticəsi olursa olsun, biz doğrusunu etdik, embarqonu pozmadıq” deyib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident bu sözləri bu gün Ədalət və İnkişaf partiyasının millət vəkilləri ilə keçirdiyi toplantıda söyləyib. Rəcəp Tayyip Ərdoğan embarqo ilə bağlı olaraq ABŞ qarşısında heç bir öhdəliklərinin olmadığını, İranla həm ticarət , həm də enerji sahəsində dərin münasibətlər qurduqlarını  sözlərinə əlavə edib. “Dünya Amerika Birləşmiş Ştatlarından ibarət deyil” deyən Türkiyə prezidenti təpkisini dilə gətirib.

Bundan başqa Türkiyə prezidenti Cümhuriyyət Xalq parityasının sədri Kamal Kılıçdaroğlunun Ərdoğana yaxın adamların xaricə qeyri-qanuni olaraq valyuta sızdırması ilə bağlı iddiaları ilə əlaqədar onun bu həmləsinə görə layiqli cavabını alacağını bəyan edib.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …