Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Dünya / Türkiyə “Pəncə 2” əməliyyatına başladı

Türkiyə “Pəncə 2” əməliyyatına başladı

Türkiyə “Pəncə” hərəkatından əldə etdiyi nəticələr əsasında İraqın şimalında terrorçuların yerləşdiyi fərqli rayonda “Pəncə 2” əməliyyatını başladıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

“Uğurla icra edilən “Pəncə” əməliyyatı zamanı əldə edilən nəticələr əsasında 12 iyul gecəsindən etibarən Quru Qoşunlarının top batareyaları və Hərbi Hava Qüvvələrimizin dəstəyi ilə İraqın şimalında terrorçuların özlərinə yer etdiyi fərqli bölgədə xüsusi təyinatlı dəstələrimiz “Pəncə 2” hərəkatını başladıb”, – deyə nazirlik bildirib.

Ankara əməliyyata toplar, ATAK vertolyotları və PUA-lar vasitəsilə dəstək verildiyini bəyan edib.

Həmçinin oxuyun

Ermənistan prezidenti Brüsselə gedib

Ermənistan prezidenti Armen Sarkisyan Brüsselə yola düşüb. Bu barədə TASS xəbər verir. Səfər zamanı Dağlıq …