Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Dünya / Türkiyə ordusu İraqda əməliyyat keçirdi – 6 terrorçu məhv edildi

Türkiyə ordusu İraqda əməliyyat keçirdi – 6 terrorçu məhv edildi

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalındakı Kani Raş bölgəsində həyata keçirdiyi əməliyyat nəticəsində 6 terrorçunu məhv edib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, terrorçular sərhəd bölgəsində yerləşən məntəqələrə hücum hazırlamaqda şübhəli bilinir. Türkiyə Hərbi Hava Qüvvələrinin Baş qərargahından verilən məlumata görə, İraqın şimalında terrorçulara aid hədəflərin zərərsizləşdirilməsi davam etdirilir. Hərbi təyyarələr əməliyyatdan sonra bazaya qayıdıblar.

Həmçinin oxuyun

Koçaryan erkən seçkilərdə iştirak edəcək

Ermənistanın ikinci prezidenti Robert Koçaryan növbədənkənar parlament seçkilərində iştirak edəcəyini bildirib. Bu barədə Koçaryan yerli …